Partlayış nəticəsində 27 yaşlı qız ölüb, daha iki nəfər isə yanıb
Sumqayıtda yaşayış evində dəhşətli partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, vətandaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlmiş və ev deformasiyaya uğrayıb.
Yanğın zamanı ev sahibinin qızı 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
İki nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb. Yanğın saat 12:57-də söndürülüb.