Abşeron rayon polis şöbəsinin əməkdaşları oğurluq etməkdə şübhəli bilinən 3 nəfəri yaxalayıb. Saxlanılan sumqayıt sakinləri 26 yaşlı Xəqani Şirinov 22 yaşlı Xanbaba Novruzov və Cavid Quliyev Saray qəsəbəsində qonşularının mağazalarını qarət etməkdə şübhəli bilinərək yaxalanıblar. Ilkin istintaqla müəyyən edilib ki, saxlanılan şəxslər Elmar Bağırova məxsus mağazaya bir neçə dəfə giriblər. Saxlanılanlar ifadələrində əldə etdikləri pulları şəxsi istifadələri üçün xərclədiklərini bildiriblər. Faktla bağlı Abşeron rayon polis şöbəsində saxlanılan hər 3 şəxs barəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.
BŞBPİ nin məlumatıdı