Kuaşi qardaşları Parisdə “Şarli Hebdo” (“Charlie Hebdo”) jurnalına hücum etmək üçün Əl Qaidə terror təşkilatından 20 min avro alıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “ABC nyus” nəşri Mərkəzi Kəşfiyyat İdarəsindəki (MKİ) mənbələrinə istinadən məlumat yayıb.
Qardaşların terror hadisəsi zamanı istifadə etdiyi “Kalaşnikov” markalı avtomatın 5 min avro-ya Brüsseldən alındığı bildirilib.
Qeyd edək ki, yanvarın 7-də Kuaşi qardaşları Parisdə “Şarli Hebdo” (“Charlie Hebdo”) jurnalına hücum edərək 12 nəfəri öldürüb, 20 nəfəri yaralayıb.