Ötən günün ən gülməli və biabırçı oğurluqları

15-01-2015, 14:41   
Ötən günün ən gülməli və biabırçı oğurluqları
Ötən gün ölkə ərazisində baş verən oğurluqlar içərisində bir neçəsi xüsusilə fərqlənir. Bu oğurluqların bəzilərinin 12 manat, 5 göyərçin və yaxud danışıq kartına görə törədilməsi gülməli təsir bağışlayır.

Axar.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, Nizami (Gəncə) rayon polisi yanvarın 13-də Səidə Həmzəyevanın 5 manatını və mobil telefonunu quldurluq yolu ilə almış Gəncə şəhər sakinləri Tural Qələndərov və Nicat İsmayılovu həbs edib.

Abşeron polisi isə yanvarın 13-də Elmar Bağırova məxsus mağazadan 400 manat və tütün məmulatı oğurlamış Saray qəsəbə sakini Xanbaba Novruzov, Sumqayıt şəhər sakinləri Xəqani Şirinov və Cavid Quliyevi saxlayıb. Məlum olub ki, bu dəstə həmin gün Aybəniz Abbasovaya məxsus mağazadan da 12 manat oğurlayıblar.

Ucar polisi yanvarın 9-da Solmaz Hüseynovanın evindən məişət əşyası oğurlayan şəhər sakini Əli Rəhimlini tutub.

Xəzər rayon polisi isə yanvarın 13-də Ziyad İsmayılovun həyətindən 50 göyərçin və 5 ev quşunu oğurlayan Bakı şəhər sakini Nail Haqverdiyevi ələ keçiriblər.

Ümumilikdə ötən gün ölkə ərazisində 70 cinayət faktı qeydə alınıb, onlardan 27-si isti izlərlə açılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.