Musavat.com-un xarici mediaya istinadən məlumatına görə, Hake Sefid rayonunun icra başçısı Əbdülxaliq Nurzay 20 gündür ki, İŞİD mənsublarının rayona gəldiyini bildirib.
Nurzay deyib: “Rayonda təxminən 80 İŞİD-çi var. Bir düşərgə yaradıblar və bu düşərgədə təlim keçirlər. Həmin şəxslər üzləri bağlı gəzir və özlərini İŞİD-çi kimi təqdim edirlər. İŞİD bayrağı gəzdirirlər. Müasir silahlara malikdirlər . Qrupa liderliyi iki qardaş edir. Bu qardaşlar illərlə “Taliban” komandirləri olublar. İŞİD-çilərdən bəziləri xarici ölkə vətəndaşıdır və yerli sakinlər onların danışığını anlamır. Ölkədəki polislərin gücü isə onlarla qarşıdurmaya girmək üçün kifayət deyil”.
Şəhərin polis idarəsinin rəisi də İŞİD-in düşərgəsindən xəbərdar olduğunu bildirib və onlara qarşı əməliyyat aparılacağını deyib.