Ermənistanı kütləvi aksiyalar bürüdü - Foto

15-01-2015, 16:19   
Ermənistanı kütləvi aksiyalar bürüdü - Foto
Bir ailənin 6 üzvünü qətlə yetirən rus hərbçinin Ermənistana verilməsi üçün artıq iki gündür başlayan kütləvi aksiyalar davam edir və ölkə fəlakət astanasındadır.

Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, yüzlərlə erməni Prezident Serj Sərkisyanın iqamətgahı qarşısına toplaşaraq, rus hərbçisi Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edir.

Sərkisyanın iqamətgahı ilə yanaşı Rusiyanın İrəvandakı səfirliyi qarşısında da etiraz aksiyası keçirilir.

Qeyd edək ki, bu gün Gümrüdə Avetisyan ailəsinin dəfn mərasimində 4 min adam iştirak edib. Onlar dəfndən sonra Rusiyanın bu şəhərdəki 102-ci hərbi bazasının qarşısında etiraz aksiyaları keçirməyə hazırlaşırlar.

Göründüyü kimi, rus hərbçisinin bir ailəni öldürməsi ilə başlayan etiraz aksiyaları bütün Ermənistanı bürüyüb. Aksiyalar ermənilərin bir əsgəri belə tələb edə bilməyən, Rusiyanın qarşısında məzlum vəziyyətdə qalan Serj Sərkisyan rejiminə olan inamının itməsinin göstəricisidir. Onsuz da sosial fəlakət qarşısında qalan, erməni diasporunun və Kremlin ianələri hesabına yaşayan Ermənistanın vəziyyətini bir qədər də ağırlaşdırır. Artıq bu aksiyalar getdikcə hərbçisini himayə edən Rusiyaya qarşı deyil, həm də öz vətəndaşının hüquqlarını qoruya bilməyən Sərkisyan hakimiyyətinə qarşı yönəlib.

Xatırladaq ki, ötən gün başlayan aksiyalarda Rusiya bayrağı tapdalanmışdı və hazırda da Rusiya əleyhinə şüarlar səsləndirilir. Ermənistan hakimiyyəti isə aksiyaların Rusiya əleyhinə yönəlmədiyi barədə vaxtaşırı açıqlamalar verir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.