Ermənilər Rusiya bayrağını yandırmaq istədilər- Aksiya

15-01-2015, 16:56   
Ermənilər Rusiya bayrağını yandırmaq istədilər- Aksiya
Ermənilər bu dəfə də Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirir.


“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiya Gümrü şəhərində rus hərbçisi tərəfindən bir ailənin 6 üzvünü qətlə yetirilən qatilin Ermənistan tərəfinə təslim edilməsi tələbi ilə keçirilir. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb. İnsidentin baş verdiyi əraziyə çoxlu sayda polis qüvvələri və texnika cəlb edilib. Nümayişçilər etiraz əlaməti olaraq Rusiya bayrağını yandırmaq istəsələr də polis buna mane olub. Polis səfirliyə gələn bütün yolları bağlayıb.

Aksiya davam edən zaman Rusiyanın bu ölkədəki səfiri bəyanatla çıxış edib. İvan Volinkin bildirib ki, bu vəhşilik heç bir bəraət ala bilməz: “Bunun nə milliyyəti, nə də dövləti var. Əminəm ki, cinayətkar qanunun tələb etdiyi ən sərt şəkildə cəza alacaq. Erməni və rus səlahiyyətli orqanları birgə araşdırma aparırlar. Onlar obyektiv olacaqlar, mən buna şübhə etmirəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.