Küçənin ortasında qadının başı kəsildi

16-01-2015, 11:36   
Küçənin ortasında qadının başı kəsildi
Səudiyyə Ərəbistanında qadının başı kəsilib. ANS PRESS-in məlumatına görə, cinayətdə ittiham edilən qadın küçənin ortasıda qılıncla edam edilib.

Edam edilən Laila Bin Abdul Muttalib Basim adlı qadın 7 yaşlı ögey qızınına işgəncə verməkdə və onu öldürməkdə ittiham edilib.

Myama əsilli qadını 4 polis yerlə sürüyərək küçənin düz ortasına gətiriblər. Burada qadın "mən öldürmədim" deyə qışqırıb. Amma cəllad onun dediklərinə fikir belə vermədən başını bədənindən ayırıb.

Məlumata görə, bu il Ərəbistanda 9 nəfər edam edilib.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada edamın "təhlükəsizliyin qorunması" üçün edildiyi qeyd edilib.

Qadınla rəftar insan haqları müdafiəçilərini ayağa qaldırıb. Çoxları onun edamı barədə heç nə deməsə də, sürünməsini tənqid ediblər.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.