Belçikada ötən gün saxlanılanlar müxtəlif yerlərdə terror aktları törətməyi planlaşdırıbmışlar.
Axar.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Ədliyyə Nazirliyi yayıb. Nazirlik “İkinci Paris terrorunun qarşısı alınıb”, - deyə mətbuata açıqlama verib.
Gücləndirilmiş iş rejimində çalışan Belçika hüquq-mühafizə orqanları Vervye şəhərində terror əleyhinə əməliyyat keçirib və nəticədə terrorçu olduqları ehtimal edilən iki şəxs ələ keçib.
Terror əleyhinə həyata keçirilən əməliyyat gedişində silah, partlayıcı maddələr və “İslam Dövləti” (İŞİD) terror təşkilatının bir neçə bayrağı müsadirə edilib.
Saxlanılan şəxslərin Suriyadan qayıdan terrorçular olduğu ehtimal edilir.