İŞİD Türkiyədə hücuma hazırlaşır?

16-01-2015, 14:52   
İŞİD Türkiyədə hücuma hazırlaşır?
İŞİD terrorçularının Türkiyənin sahil bölgəsində hücum üçün hazırlıqlara başladığı bildirilir. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, məsələ təsadüfən ortaya çxııb.

İzmirin Menemen mahalında təxminən 2 ay əvvəl, Ö.U adlı bir vətəndaşın evində partlayış baş vermişdi. Səbəb kimi də balon qazının partaması göstərilmişdi. Ancaq sonra detallı araşdırmalardan sonra ortaya çıxdı ki, partlayışa evdə hazırlanan partlayıcı səbəb olub.

Bundan sonra nəzarətə alınan ev şəxsin İŞİD üzvü olduğu və Suriyadakı qarşıdurmalarda iştirak etdiyi məlum olub. Onun başına adamlar yığaraq təlimlər keçdiyi və hücuma hazırlaşdığı bildirilir. Həmin şəxsin İraq və Suriyadakı düşərgələrdə bomba və sui-qəsd təhsili aldığı da bildirilir.

Araşdırma aparılan şəxsin bir neçə evində və iş yerində müxtəlif hücum planlarının sxemi aşkarlanıb. Onun bir neçə yerə hücum hazırlıqları apardığı da ortaya çıxıb. Araşdırma aparan qurumlar bu olayı Türkiyə ərazisində ciddi hücum planı və təlimi hesab edirlər.//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.