“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov sensasion bəyanat verib.
Axar.az xəbər verir ki, Beynəlxalq Qaydar forumunda çıxış edən azərbaycanlı milyarder neftin bir barrelinin 25 dollara düşəcəyini açıqlayıb.
İndiki situasiyada nikbin proqnozlar verməyin mümkünsüz olduğunu bəyan edən Ələkbərov bu qənaətə Səudiyyə Ərəbistanının və OPEK-in hərəkətlərindən sonra gəldiyini açıqlayıb.
Xatırladaq ki, 2014-cü ilin dekabrında Ələkbərov 2015-ci ildə neftin 60 dollara enəcəyini və Lukoylun büdcəsinin də buna görə formalaşdığını bildirmişdi:
“Bizim kompaniya üç variant nəzərdə tutmuşdu: 80, 70 və 60 dollar. Biz orta hesabla 60 dolların üstündə dayandıq”.