Somalidə illərdir davam edən dəhşətli həyat şəraiti davam edir.
Axar.az xəbər verir ki, ölkənin şimal-qərbindəki Vacid bölgəsində aclıq üzündən 6 uşaq həyatını itirib.
Qeyd edək ki, bölgədə 2014-cü ilin ortalarından bəri quraqlıq hökm sürür. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Somalidə 2010-2012-ci illər arasında yarısı uşaq olmaqla 260 min nəfər aclıq üzündən həlak olub.