12 yaşında komaya düşən oğlan 14 il sonra ayıldı (FOTO)

16-01-2015, 20:56   

"Ömrümün sonunadək tək qala biləcəyimi düşünəndə çox qorxurdum"
12 yaşında komaya girən oğlan 14 il sonra ayılıb.

ANS PRESS-in məlumatına görə, Martin Pistorius adlı şəxs 12 yaşında ikən hərəkət etmək qabiliyyətini itirir. O, heç danışa və gözlərini də çevirə bilmir.

Bundan sonra 14 il ərzində o, komada qalır. Həkimlər isə ona nə olduğunu anlaya bilmirlər. Həkimlər heç onun sağalacağına ümid də etmirdilər.

Lakin yeniyetmə oğlanın ölmək fikri yox idi. Hətta komada olduğu müddətdə onun beyni də normal işləyirdi.

"İnsanlar mənim yoxluğuma öyrənmişdilər. Onlar otaqda ikən mən yoxmuşam kimi davranırdlar. Ömrümün sonunadək tək qala biləcəyimi düşünəndə çox qorxurdum", - deyə Martin özü haqqında danışarkən deyib.

O, ətrafda baş verənləri görüb və anlasa da, bunu ətrafdakılara başa sala bilmirdi. Hətta anası oğlunun onu eşitmədiyini düşünərək bir dəfə "ümid edirəm ki, öləcəksən" deyib. Zaman keçdikcə o, anasının niyə elə dediyini də başa düşüb.

Lakin uzun illərdən sonra onun bədəni yavaş-yavaş oyanıb və Martin hərəkət etməyə başlayıb. İndi onun 39 yaşı var və Britaniyada yaşayır. Ailəli olan Martin danışa bilməsə də xoşbəxtdir.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.