Qayda pozucularına qarşı paytaxtda növbəti reyd keçirilib
Bu gecə Bakının küçələrində yol polisi növbəti reyd keçirib. Reydin əsas məqsədi paytaxt küçələrində hərəkətin qanuni şəkildə təşkil edilməsi olub.
Reyd zamanı ən çox rast gəlinən qayda pozuntusu sürücülərin sərxoş halda sükan arxasında oturması olub. Saxlanılan sürücülər tibbi eskperizadan keçirildikdən sonra barələrində hüquqi ölçü götürülüb.
Reydlərə paytatxın Nizami, Nəsimi, Binəqədi rayon Yol Patrul Xidməti əməkdaşları da cəlb edilmişdi.
Reyd zamanı 60-dən çox sürücü saxlanılıb. Tədbirin yekununda bəlli olub ki, saxlanılanların böyük əksəriyyəti sərxoş sürücülər olub. Bakı şəhər DYP İdarəsinin şöbə rəisi Vaqif Əsədov sərxoş sürücülərdən 6 nəfərinin qadın olduğunu, həmçinin saxlanılanlardan 11 nəfərin avtoxuliqan olduğunu deyib.
Paytaxt polisinin keçirdiyi bu cür reydlərin mütəmədi olaraq davam etdiriləcəyi bildirilib.