Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanvarın 16-dan 17-nə keçən gecə saat 00:30 radələrində Şəki şəhəri Pişnamazzadə küçəsi ev 18-də yaşayan 1997-ci il təvəllüdlü Şəhla Pərviz qızı Verdiyeva ağır vəziyyətdə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 18 yaşlı qız yaşadığı evin həyətyanı sahəsində tikilmiş altıaçıqda bel kəməri vasitəsilə özünü asıb. Həkimlərin səylərinə baxmayaraq, Şəhla Verdiyevanın həyatını xilas etmək mümkün olmayıb. Şəhla Verdiyeva səhər saat 05:00 radələrində xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.