Cənubi Koreyalılar arasında İŞİD terrorçularına qatılmaq istəyənlərin sayı artıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, son bir ildə Türliyənin Kilis bölgəsindən qanunsuz yolla keçərək terrorçulara qatılmaq istəyən 200 nəfər saxlanılıb.
Suriyaya keçmək istəyənlər arasında Almaniya, Fransa, Hollandiya kimi Avropa ölkələri ilə yanaşı, Azərbaycan, Rusiya, Özbəkistan, Çin, Sudan vətəndaşları da var.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu günə qədər 1165 nəfərin deportasiya edildiyini deyib. "911 km-lik sərhədin hər metrinə bir nəfər qoysaq belə mütləq bir yolunu tapırlar. 7 250 nəfərə giriş qadağası qoyduq. Şengen ölkələri öz vətəndaşlarına nəzarət edə bilmirlərsə biz nə edək? Avropa Şengenin arxasına sığınır. Sən ölkəndən çıxanda heç bir iş görmə, amma Türkiyəyə niyə giriş etdi deyə bizi ittiham et. Biz deportasiya edirik, bir müddətsən sonra baxırıq ki, yenidən gəliblər. Günah məndədir? Vətəndaşına nəzarət etmirsən, mənim sərhəddimə gəlib deyə ittiham edirsən amma".