"Məni tənqid, hətta təhqir edirlər. Aşağılayırlar, şəxsiyyətimə toxunurlar. Halbuki anormal, əxlaqsız heç nə etmirəm. "Pole-dance" ilə məşğul oluram, qızıma da bunu öyrədirəm. Pis nə var axı?"
ABŞ-ın Kaliforniya ştatında yaşayan Eşli Rayt Facebook-dakı səhifəsində evində qızı ilə rəqs edərkən çəkilmiş videonu yerləşdirəndən sonra böyük qalmaqala səbəb olub.
Milli.Az CNN-ə istinadən bildirir ki, 500 min dəfədən artıq baxılmış videonu seyr edənlər 2 yaşlı Şennon Marinin anasını əxlaqsız, striptizçi, küçə qadını adlandırıblar.
Minlərlə şərhlərdə Eşli Rayt "qızına əxlaqsızlıq öyrədən qadın" adlandırılıb.
3 dəqiqəlik videoda Eşli və Şennon "pole-dance" ilə məşğul olurlar.
Ana rəqs edir, qızı da onu təkrarlamağa çalışır.
Milli.Az