Gümrü qətlinin təfərrüatı məlum oldu

17-01-2015, 14:17   
Gümrü qətlinin təfərrüatı məlum oldu
Qatil giriş qapısının çərçivəsini və şüşələrini sındıraraq Avetisyan ailəsinin evinə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 6 nəfərin öldürülməsi və 1 azyaşlı uşağın yaralanması ilə bağlı cinayət işinin istintaqı davam edir.

“İstintaq qrupu hadisə yerinə təkrar baxış keçirmək üçün Gümrüdədir. Məhkəmə-bioloji, tibbi, ballistik, kimyəvi ekspertizalar təyin olunub.

Polislərə cinayətin baş verdiyi ərazidə videogörüntülərini araşdırmaq tapşırılıb. Şübhəli nəsə tapılacağı təqdirdə videomaterialı götürüb istintaq orqanlarına təhvil verməlidirlər.

Mobil operatordan Avetisyan ailəsinin mobil telefonlarına gələn və gedən zənglərin çıxarışı tələb olunub. Cinayətkarın qurbanların telefonlarından istifadə edə biləcəyi ehtimal olunur.

Rus hərbçi Valeri Permyakovun cinayəti törətdikdən sonra, eləcə də hərbi bazadan Avetisyan ailəsinin evinə qədər olan getdiyi yolun izlərinin araşdırılmasına da başlanılıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, yanvarın 12-də Rusiya hərbi bazasının hərbçisi olan Valeri Permyakov Gümrü şəhərində bir ailənin 6 üzvünü öldürüb, 1 azyaşlı körpəni isə yaralayaraq qaçıb. Permyakov Türkiyə-Ermənistan sərhədində saxlanılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.