Gülər Əhmədova: "Qərarı gözləyirdim, günahsız olduğuma inanırdım"
Bu gün azadlığa buraxılan keçmiş millət vəkili Gülər Əhmədova öz ailəsinə qovuşub. Anspress-in məlumatına görə, şəkillərdən də görünür ki, onun ən çox görmək istədiyi kiçik oğlu Tamerlan olub. Görüntülərdə onun həyat yoldaşı Fikrətlə çay içdiyi də var. Gülər Əhmədova müsahibəsində deyib ki, fərd olaraq bəzi şeyləri itirib. "Azərbaycan dövlətçiliyi mənim üçün əsasdır, qərarı gözləyirdim. Günahsızlığıma inanırdım", - deyə keçmiş millət vəkili bildirib.