Yol polisini öldürən oğlanın atası saxlanıldı- Bakıda

17-01-2015, 18:59   
Yol polisini öldürən oğlanın atası saxlanıldı- Bakıda
Bakıda ötən gecə Dövlət Yol Polisinin (DYP) keçirdiyi reyddə 3 il əvvəl DYP əməkdaşını avtomobillə vurub öldürmüş şəxsin atası saxlanılıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından bildirilib.

İsmayıl Həsənov avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Bakının Nobel prospektində saxlanılıb.

Araşdırma nəticəsində onun oğlu - 1990-cı il təvəllüdlü Hüseyn İsmayılovun Yol Patrul Xidmətinin (YPX) əməkdaşı Mehman Kərimovu 2012-ci ildə Sabunçu rayonu, Aeroport şosesində vurub oldürdüyü məlum olub.

İ.Hüseynov polisə tabe olmayıb. O, saxlanıldıqdan sonra 37-ci polis bölməsinə, avtomobili isə “Cərimə meydançası”na aparılıb. Saxlanılan şəxs barəsində protokol tərtib edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.İsmayılova 14 il 6 ay həbs cəzası verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.