Ermənistan ordusunun bir hərbçisi ölüb.
ANS press-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan açıqlama verib.
Onun sözlərinə görə, müddətdən artlıq xidmət edən hərbçi Arman Alikoviç Arutyunyan Tavuş vilayətində güllə yarası alıb.
O, xəstəxanaya aparılarkən yolda keçinib.
Qeyd edək ki, Ermənistan ordusu son aylar 15-ə yaxın əsgərini itirib. Ermənistan Müdafiə Nazirliyi hər dəfə bəyan edir ki, Azərbaycan Silahlı Qüvvələrinin diversiyaları nəticəsində əsgərlər öldürülür. Azərbaycan Müdafiə Nazirliyi isə bunu təkzib etmişdi: “Onların gözünə hər yerdə azərbaycanlı "diversantlar" görünür”.