İrandan inanılmaz iddia: "Türkiyə savaşa hazırlaşır"

5-05-2014, 20:54   

Türkiyə, ABŞ, Fransa və Qatar iş birliyi apararaq Suriyaya qarşı yeni bir hücuma hazırlaşır. Bu iddia ilə Fars xəbər agentliyi çıxış edib. Qərb və Körfəz Əməkdaşlıq Şurası ölkələri Suriya hökumətini seçkilərdə uğursuzluğa düçar etmək üçün qarşılarına məqsəd qoyub. Fars xəbər agentliyinin verdiyi məlumatda bildirilir ki, Suriyaya yaxın kəşfiyyat mənbələri amerikalı və fransız səlahiyyətli nümayəndələrin Suriyaya qarşı yeni bir hücumun koordinasiyası üçün Ankara və Dohaya səfərlər edir. Xəbərdə həmçinin qeyd edilir ki, qərb qüvvələri və Körfəz Əməkdaşlıq Şurası ölkələri Suriyada narahatçılıq yaratmaq üçün terrorçuları sərhəd bölgələrini bombalamağa təşviq edir və bununla da prezident seçkilərini Suriya hökumətinin qazanmasının qarşısının alınmasına çalışır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.