Bakıda çay evlərinin birində priton aşkarlanıb.
Axar.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Əkizlər” çay evinin əxlaqsızlıq yuvasına çevrildiyi müəyyən edilib.
Paytaxtın “Qara Qarayev” metrosu ətrafında fəaliyyət göstərən “Əkizlər” çay evində bir qadın və bir kişi saxlanılıb. Çay evi sahibinin tanıdığı şəxslərə obyektində şərait yaratdğı məlum olub.
Qeyd edək ki, son illər şəhərdə çay evi adı altında priton kimi fəaliyyət göstərən məntəqələrin sayında artım müşahidə olunur. Bakı polisinin keçirdiyi əməliyyatlarda bir neçə belə obyekt aşkar olunub.