İnternet ölüm gətirdi
Tayvanlı bir adam 3 gün internet kafedə oyun oynayıb və ölüb.
ANS PRESS-in məlumatına görə, internet kafenin işçisi 32 yaşlı şəxsi masanın üzərinə yıxılmış halda görüb. Onun yatmış olduğunu düşünərək səsini çıxartmayıb. Lakin bir müddət sonra onun nəfəs almadığını görüb və xəstəxanaya aparıb.
Müayinə nəticəsində həkimlər adamın daha əvvəl öldüyünü müəyyən ediblər.
Kafe işçilərindən birinin sözlərinə görə, ölən .əxs kafenin daimi müştərisi olub və həmişə gələndə müharibə oyunları oynayıb.
Qeyd edək ki, belə hadisələr tez-tez baş verir. Belə ki, yanvarın 1-də Tayvanın paytaxtı Taypey şəhərində 38 yaşlı bir kişi 5 gün ardıcıl oyun oynayandan sonra ölü tapılmışdı.