Baş nazir: “Dini təhqir etmək olar”

18-01-2015, 17:34   

Böyük Britaniya Baş naziri Devid Kemeron Roma Papası Fransiskin “Başqalarının inancına lağ etmək olmaz” bəyanatına etirazını bildirib.

Axar.az-ın verdiyi məlumata görə, Kemeron bildirib ki, azad cəmiyyətdə heç kimin dini hissləri təhqir edənləri cəzalandırmağa ixtiyarı yoxdur.

“Hesab edirəm ki, azad cəmiyyətdə başqalarının dini hisslərini təhqir etmək hüququ mövcuddur. Mən xristianam. əgər kimsə İsa peyğəmbər haqqında təhqiramiz nəsə desə, bu mənimçün təhqir sayıla bilər, amma azad cəmiyyətdə mənim onu hədələmək hüququm yoxdur”, - nazir CBS telekanalına verdiyi müsahibəsində deyib.

Qeyd edək ki, Parisdə “Şarli Hebdo” jurnalına edilən silahlı hücumdan sonra Roma Papası verdiyi bəyanatda bildirmişdi ki, Fransisk heç kimin başqalarının dihi heysiyyatını təhqir etməyə ixtiyarı yoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.