NİDA-çıların məhkəməsi: Polis postları qurulub

6-05-2014, 10:59   

Məhkəmənin binasının önünə toplaşmaq qadağa edilib

Xəbər verildiyi kimi, bu gün saat 10:30-da həbsdə olan 8 NİDA-çı gəncin son məhkəmə prosesi keçiriləcək. Bu gün onlara hökm oxunacağı gözlənilir.

JAM.AZ-ın əməkdaşı Elnur Məcidlinin məhkəmə prosesi keçirilən binanın qarşısından verdiyi məlumata görə, artıq əraziyə polis qüvvələri cəlb olunub və binanın önündə postlar qurulub. Onun bildirdiyinə görə, məhkəmə zalına keçmək istəyən şəxslərin girişinə də qadağa qoyulub. Ümumiyyətlə, binanın qarşısından keçən yolu tamam bağlayıblar və polis bildirib ki, bu gün həmin məntəqədə tədbir keçiriləcəyindən belə bir addım atıblar.

Elnur Məcidli həmçinin onu da bildirib ki, məhkəmə zalına buraxılmayanlar sırasında AXCP sədrinin müavini Gözəl Bayramlı da var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.