İsrail Hərbi Hava Qüvvələrinin döyüş helikopteri Colan təpələri rayonunda terrorçuların mövqelərinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi İsrail ordusundakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, zərbələr Suriya-İsrail nəzarət zonasını ayıran Əl Kuneytra şəhəri yaxınlığında endirilib.
Qeyd edək ki, Əl Kuneytra tərk edilmiş şəhər sayılır.
İsrail aviasiyasının Qolan təpələri istiqamətində endirdiyi hava zərbələri zamanı Hizbullah təşkilatının xüsusi xidmətinin rəhbəri, təşkilatın liderlərindən olan İmad Fayez Muqninin oğlu Cihad Muqni öldürülüb.
Məlumata görə, aviazərbələr zamanı Hizbullahın 6 üzvü də öldürülüb.