Hər iki tərəfin atəşkəsə əməl etməsini və təmas xəttindən 100 mm-dən böyük olan bütün silahları çəkməsini təklif edirəm.
Axar.az xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Putinin Donbasda ağır artilleriya atəşinin hələ də davam etməsindən narahatlığını ifadə edən və az öncə yayılan müraciətində əksini tapıb. Putin bəyan edib ki, 2014-cü il 19 sentyabrında bağlanan Minsk memorandumunun tələbinə uyğun, tərəflər qəbul edilən xəritəyə müvafiq təmas xəttini qorumalıdırlar.
“Eyni zamanda Rusiya ATƏT-lə birlikdə bu addımları təşkil etməyə hazırdır”, - Putin bildirib.
Xatırladaq ki, bu gün sübhdən Donetskdə başlayan artilleriya zərbələrinin hələ də davam etdiyi vurğulanır. Nəticədə 7 mülki şəxsin öldüyü, 34 şəxsin yaralandığı deyilir.