Müharibə: 5 itki, 75 yaralı - Poroşenko çağırış etdi -

19-01-2015, 11:25   

Kiyev Minsk razılaşmasının həyata keçirilməsini və yanvarın 19-dan etibarən atəşkəsin təmin olunmasını təklif edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Ukrayna Minsk razılaşmasının bütün bəndlərini yerinə yetirir və Rusiyadan da bunu tələb edir. Noyabrın 13-də Ukrayna və Rusiya nümayəndələri ikitərəfli olaraq atəşkəs rejiminin tətbiq olunması, ağır silahların geri çəkilməsi və demarkasiya xəttinə qaytarılması ilə bağlı işçi sənədi imzalayıblar”, - nazirliyin məlumatında deyilib.

Bəyanatda qeyd olunub ki, bu, atəşi dayandırmağa və yerli sakinləri separatçıların həmləsindən qorumağa yönələcək:
“Bu sənədin yerinə yetirilməyə başlanması yaxın günlərdə Ukrayna, Fransa, Almaniya və Rusiyanın Astanada keçiriləcək görüşü üçün zəruri şərait yaradacaq. Bu planın tez bir zamanda yerinə yetirilməsini tələb edirik”.

Xatırladaq ki, yanvarın 16-da Rusiya Prezidenti Vladimir Putin atəşkəsin qorunması və qoşunların Minsk razılaşmasına uyğun mövqelərinə çəkilməsi barədə Ukrayna Prezidenti Poroşenkoya məktub ünvanlamışdı. Kremldən verilən məlumata görə, Poroşenko bu təklifdən imtina etdiyi üçün Donetskdə qarşıdurmalar pik həddə çatdı.

Ötən gün isə axşam saatlarında Putin Poroşenkoya növbəti müraciət ünvanladı. Müraciətdə həmçinin cəbhə xəttindən 100 mm-dən böyük olan iri çaplı silahların götürülməsi təklif edilirdi.

Ukrayna tərəfinin məlumatına görə, iki günlük şiddətli qarşıdurmalarda 5 əsgər ölüb, 75 nəfər isə yaralanıb. Yaralıların Odessa xəstəxanasına yerləşdirildiyi açıqlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.