Ermənistanda yeni qarşıdurma: Polislə sərxoş rus hərbçiləri üz-üzə gəlib

19-01-2015, 14:14   
Ermənistanın Gümrü şəhərində rus hərbçilərinə qarşı etiraz artır.
Ermənistanda yeni qarşıdurma: Polislə sərxoş rus hərbçiləri üz-üzə gəlib
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün erməni polisinin Gümrüdə iki sərxoş rus hərbçisini saxladığı haqda məlumat yayılıb. Ermənistanın "Qala" telekanalı əməkdaşı iki sərxoş rus hərbçisinin bir-birilə dava etdiyini və mülki geyimdəki erməni polisin onları saxlayaraq polis bölməsinə apardığı məlumatını verib.

Sonradan polis bölməsi xəbəri təkzib edərək rus hərbçilərin 102-ci bazada olduqlarını bildirsə də Ermənistanın "Aykakan Jamanak" qəzeti hadisənin həqiqətən baş verdiyini və şəhərdə yerli sakinlərlə rus hərbçilər arasında narazılığın getdikcə artdığını yazıb.

Gümrü şəhərinin meri Samvel Balasanyan da 102-ci hərbi bazanın komandanlığına müraciət edərək hərbi hissədə daxili nizam-intizamı möhkəmləndirməyə çağırıb. Onun müraciəti Gümrüdə yerli sakinlərlə rus hərbçilər arasında münasibətin heç də ürəkaçan olmadığnın göstəricisidir.

Qeyd edək ki, 12 yanvar tarixində Valeri Permyakov hərbi hissəni özbaşına tərk edərək silahla şəhərə gedib və Avenisyan ailəsinin 2 yaşlı uşaq olmaqla 6 üzvünü qətlə yetirib. Sağ qalan 6 aylıq uşaq sinəsində süngü yaraları ilə xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyə əməliyyatı keçirilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.