Məktəbli qızı oğurlayan 3 xalaoğlu tutuldu - YENİLƏNİB

19-01-2015, 15:14   
Məktəbli qızı oğurlayan 3 xalaoğlu tutuldu - YENİLƏNİB
15:10

Ucarda məktəbli qızı oğurlamaqda təqsirləndirilən 3 nəfər saxlanılıb

Saxlanılanlar rayonun Yuxarı Şilan kənd sakini Əfsuz Allahverdiyev və onun xalasının oğlanlarıdır. Həmin şəxslər kənd sakini, 16 yaşlı Minəxanım Mikaylovanı qaçırmaqda təqsirləndirilirlər. Məlumata görə, Minəxanım Mikayılova məktəbə gedərkən Əfsuz Allahverdiyev və iki xalası oğlu qızı məcburi şəkildə avtomobilə mindirərək naməlum istiqamətə aparıb. Qızının qaçırıldığını bilən atası Nizami Mikayılov dərhal DİN-nin "102" qaynar xəttinə və Ucar rayon Polis Şöbəsinə məlumat verib.

Əfsuz Allahverdiyev 11-ci sinif şagirdini evlənmək məqsədi ilə qaçırdığını deyib. Ucar və Zərdab rayon polis şöbələri əməkdaşlarının keçirdiyi əməliyyatla Əfsuz Allahverdiyev Zərdab rayon istiqamətinə gedərkən saxlanılıb. Əfsuz Allahverdiyevin sözlərinə görə, onların əvvəldən qohumluq əlaqəsi olub. Valideynləri qıza el adəti ilə eçli getsələr də, Minəxanım Mikayılovanın atası bu izdivaca razı olmayıb. Bu səbəbdən xalası oğlu, Yuxarı Şilyan kənd sakini Rusif Dadaşov və onun qardaşı, Hüseyn Dadaşovla qızı qaçırmaq qərarına gəlib.

Tutduğu əməldən peşman olan Əfsuz Allahverdiyev qızın valideynlərindən üzr istəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri ilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

----------
11:13

Evlənmək üçün 16 yaşlı qızı qaçıranları polis saxlaya bilib

Ucar rayonunda məktəbli qızı qaçıranlar saxlanılıblar.

Anspress-in verdiyi məlumata görə, şagirdi oğurlayan 3 nəfəri Ucar polisi isti izlərlə saxlayıb. Hadisə Ucar rayon Yuxarı Şilan kəndində baş verib. Belə ki, kənd sakini 16 yaşlı Minəxanım Mikayılova məktəbə gedərkən oğurlanıb.

Həmin kənd sakini Əfsuz Allahverdiyev və onunla birlikdə iki xalası oğlu qızı sonuncuya məxsus olan avtomobilə məcburi mindirərək naməlum istiqamətə aparıblar. Qızının qaçırıldığını bilən atası Nizami Mikayılov dərhal DİN-in 102 qaynar xəttinə və Ucar Rayon Polis Şöbəsinə məlumat verib.

Məlumata görə, Ə.Allahverdiyev 11-ci sinif şagirdini evlənmək məqsədi ilə qonşu rayona qaçırıb. O, polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Zərdab rayon istiqamətinə gedərkən saxlanılıb.

Əfsuz Allahverdiyevin sözlərinə görə, onların əvvəldən də qohumluq əlaqəsi olub. Valideynlərini qaçırdığı qız üçün el adəti ilə elçi göndərsə də Minəxanımın atası razılıq verməyib. Razılıq olmadığını görən Əfsuz xalası oğlu, Yuxarı Şilyan kənd sakini Rusif Dadaşov və onun qardaşı Hüseyn Dadaşovla Minəxanımı qaçırtmaq qərarına gəlib.

Tutduğu əməldən peşmanlıq hissi keçirən Əfsuz qızın valideynlərindən üzr istəyib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində AR CM-nin 144.2.3 və 144.3-cü maddələri (adam oğurluğu) ilə cinayət işi başlanılıb və Ucar rayon Məhkəməsinin qərari ilə hər üç şəxsin barəsində 4 ay müddətində həbs qəti imkan tədbiri seçilib, hazırda istintaq aparılır.

Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.