Qondarma Luqansk Xalq Respublikasının (LXR) terrorçuları Ukrayna hərbçilərinə qarşı Rusiyanın döyüş aviasiyasından istifadə edilməsi üçün kampaniya aparır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Anti-Terror Mərkəzinin mətbuat katibi Andrey Lısenko məlumat verib.
Onun sözlərinə görə, separatçılar özlərinin Su-25 qırıcısı və L-29 təlim təyyarəsindən ibarət hərbi hava qüvvələrinin yaradılmasını elan ediblər.
“Bu fakt Rusiya hərbi aviasiyasının Ukrayna ordusuna qarşı iştirakının başlamasını göstərir”, - Lısenko deyib.