İsrailin hücumları zamanı SEPAH-ın briqada generalı öldürülüb
İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Aliulla Daadi Suriyada öldürülüb.
ANS PRESS-in məlumatına görə, bu barədə İran mətbuatı yazır.
Daha əvvəl ərəb mətbuatı yazıb ki, bazar günü İsrail Hərbi Hava Qüvvələrlərinin Mazraat-el-Amal yaşayış məntəqəsinə hücumu nəticəsində İran İslam İnqilab Keşikçiləri Korpusunun altı nümayəndəsi ölüb.
Onların arasında "Hizbullah" təşkilatının xüsusi təyinatlı qüvvələrinin keçmiş rəhbəri İmad Muqninin oğlu Cihad Muqni, həmçinin onu müşaiət edən şəxslər var. "Hizbullah" ölənlərin tam siyahısını dərc etməyə söz verib.
Havadan hücumlara məruz qalan Daadi və Muqniyanın olduğu avtomobil Livandan Suriyaya gəlirmiş.
Həmçinin İran hərbi komandanlığında nüfuzlu şəxsi Əli Tabatabainin də həlak olması haqqında informasiyalar var. Ancaq bu haqda rəsmi təsdiq hələ qeydə alınmayıb.