Bu gün Azərbaycanın İsmayıllı rayonu ərazisində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a verilən məlumata görə, təkanlar yerli vaxla saat 11:19-da Pirquludan 15 km şimal-qərbdə İsmayıllı ərazisində qeydə alınıb.
Maqnitudası 3,8, dərinliyi isə 39 km olan zəlzələ hiss olunmayıb.