Ev yiyəsi basqınçı maskalılardan birini tutub polisə təhvil verdi

20-01-2015, 13:50   
Ev yiyəsi basqınçı maskalılardan birini tutub polisə təhvil verdi

Xəzər rayonunun Buzovna qəsəbəsində Nazim Kərimovun yaşadığı evə açıq qalmış qapıdan girmiş 4 maskalı şəxs bıçaqla ona xəsarət yetirərək pul və qızıl əşyalar verməsini tələb edib, müqavimətlə rastlaşdıqlarından hadisə yerini tərk edərkən N.Kərimov onlardan birini tutaraq hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Xəyal Əlimərdanov olması müəyyən edilib və hadisəni 3 nəfərlə birgə törətməsini etiraf edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.İsgəndərov tutulub, digər şəxslərin tutulması üçün tədbirlər davam etdirilir.musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.