Sumqayıtda Gənc qıza işgəncə verən paralimpiya çempionu saxlanıldı

20-01-2015, 14:21   
Sumqayıtda Gənc qıza işgəncə verən paralimpiya çempionu saxlanıldı
Dünən gecə saatlarında Sumqayıt şəhərində 26 yaşlı Aytən Əliyevaya (ad şərtidir) qarşı işgəncə tətbiq edən cudo üzrə paralimpiya çempionu Məmmədov Tofiq Faiq oğlu saxlanılıb.

Bu barədə məlumatı İnterpress.az-a “Təmzi dünya” İB-nin təmsilçisi Şəfəq Ağacan verib.

Onun sözlərinə görə, gənc qız təşkilata müraciət edərək çempion tərəfindən işgəncəyə məruz qaldığını bildirib.

Bir il ərzində sevgi münasibətləri olan cütlük daha sonra oğlanın evli olması səbəbindən ayrılıb. Gənc qız sevdiyi şəxsin evli olduğunu öyrəndikdən sonra münasibəti davam etdirmək istəməyincə çempion ona qarşı zorakılıq tətbiq edib.

Gənc qızın nişanlanması xəbərini eşitdikdən sonra onu zorla avtomobilinə oturdaraq, “beşbarmaq” və digər soyuq silahlarla işgəncə verib. Gənc qızın zorla avtomobilə mindirilməsi təhlükəsizlik kameraları tərəfindən görüntülənib.

Qız çətinliklə onu öldürməklə hədələyən çempionun maşınından qaçmağı bacarıb.

“Təmzi dünya” İB-nin məsələyə müdaxiləsindən sonra Sumqayıt şəhər Polis İdarəsi və 4 saylı polis şöbəsinin əməkdaşları tərəfindən çempion saxlanılıb.

Hadisə ilə bağlı gənc qız bu gün tibbi ekspertizaya göndərilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.