Bir müddət öncə mediada Şamaxı məmurlarının "AYI OVU" barədə dəhşət saçan video kadrlar yayılmışdı. Xatırladırıq ki, Şamaxıda baş verən həmin ov kampaniyasını əks etdirən videoda əks olunanlar bunlar idi: maşının arxa oturacağındakı (güzgüdə görünən və video çəkən) Şamaxı RİH başçısının Avaxıl kənd İcra nümayəndəsi Alikdir... Qabaqda oturan isə, dəhşətli olsa da, Şamaxı Rəsədxanasının təsərrüfat işləri üzrə direktor müavini Cövdət Həsənov... Avaxıl kəndindən bu dəqiqələrdə redaksiyamızın elektron poçtuna göndərilən məktubda deyilir ki, "Şahdağ Milli Parkının Pirqulu ərazisi üzrə direktor müavini Xanmusa Cəlilovdur... Bu ov isə Şahdağ Milli Parkının direktoru Füzuli müəllimin icazəsi ilə edilib. Sonrakı kadrdakılar isə bundan fərqli gündə olub, ayını ovlayıblar... Alik yeyib-içəndə bu barədə deyib ki, Füzuli müəllimə 400 dollar pul verilib. 200 dollar da Xanmusa Cəlilova... Ov əti ayrı-ayrı vəzifəlilərə pay edilib, 100 kq isə "Çinarlı" restoranına və "Şirvan" restoranına satılmışdır... Amma Xanmusanın bu adamlara gücü çatmır... O, çalışır, amma təsir edə bilmir...".
Son məlumatlara görə, artıq həmin yazıda adı çəkilən və təqdim olunan videoda özü görünən ayı ovu qəhrəmanları barədə təhqiqat başlanılıb. Həmin şəxslər polisə dəvət olunur və izahatları alənır Bu haqda məlumatverən mənbənin sözlərinə görə həmin şəxslərdn külli miqdarda pul tələb olunur. Onu da bildirək ki, Hətta kimlərinsə ələ alınması sayəsində ov tədbirini əks etdirən məlum video Yootube-dəki bazadan dərhal sildirilib...