Moskvada Qırmızı Meydana gələn iki gənc özləri ilə gətirdikləri su ilə Lenin Movzoleyini yuyublar.
Axar.az xəbər verir ki, Rusiyada fəaliyyət göstərən "Siniy Vsadnik" hərəkatı üzvlərindən Oleq Basov və Yevgeni Avilov, kilsədən götürdükləri müqəddəs suyla Qırmızı Meydana gedib.
Lenin Movzoleyinə yaxınlaşan gənclər barrikadaları aşaraq giriş divarına müqəddəs su səpib. Onlar su səpərkən, Leninə müraciətdə "Qalx və get" deyə şüarlar da səsləndirib.
Qeyd edək ki, hadisə yerinə gələn polislər gəncləri nəzarətə alaraq polis bölməsinə aparıb. Gənclərə 15 gün həbs cəzası verilməsi gözlənilir