Ağdamın eks-başçısı nəhəng biznesini satışa çıxartdı

6-05-2014, 11:19   
Ağdamın eks-başçısı nəhəng biznesini satışa çıxartdı
Ağdamın sabiq icra başçısı Nizami Sadıqov əmlakını satışa çıxarıb. “Axar.az”ın mötəbər mənbədən əldə etdiyi xəbərdə deyilir ki, keçmiş başçının Bakıda yeni tikililərin birinci mərtəbəsində, hər biri 300-400 kv m olan obyektlərinin hamısını satmağa başlayıb. Bildirilir ki, keçmiş başçı bu obyektləri yaxın qohumlarına həvalə edibmiş.

Lakin vəzifəsindən alınan başçının azart oyunlarda borclanması səbəbindən obyektlərini satışa çıxarmağa məcbur olduğu deyilir. Qeyd edək ki, obyektlər toplam olaraq 10 milyon manat civarında qiymətləndirilir. Xəbərdə həmçinin N.Sadıqovun Quzanlı qəsəbəsinin girişində yerləşən “Yaşıl market”, “Kapitalbank”ın yanındakı silsilə obyektləri, Soltanbud meşə zolağı ərazisində bacısı oğlanlarının çalışdırdığı restoranlar, kəhriz quyularının suyunun qarşısında tikilən balıq vətəgələri, Səfərbərlik və Çağırış üzrə Dövlət qurumu yaxınlığında yerləşən yeməkxana, Təcili Tibbi Yardım xəstəxanasına bitişik evi, Topdansatış Tikinti mağazası ilə üzbəüz tikilməkdə olan iki obyekt, Quzanlı-Xındırıstan yolunun üstündə fəaliyyət göstərən maşın yuma sexi və s. də satışa qoyulub. Telefonları qapalı olduğundan, məsələ ilə bağlı sabiq başçının münasibətini öyrənmək mümkün olmadı. Xatırladaq ki, N.Sadıqov ötən ay tutduğu vəzifədən azad edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar