Nazirin tapşırığı ilə Vuqar Behbudov 500 minlik “Toyota” alır

30-11-2024, 15:06   









Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi xidməti avtomobillər alır.


XALQ.AZ dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı agentlik hazırlıqlara başlayıb.

Məlumata görə, satın alınacaq 14 ədəd sedan tipli xidməti minik avtomobilləri Sosial Xidmətlər Agentliyinin Aparatı və sosial xidmət müəssisələri üçün nəzərdə tutulub. Avtomobillərin istehsal ilinin 2023-cü il olması isə əsas şərtlərdəndir.


Agentliyə avtomobilləri “TOYOTA ABSHERON MERKEZI” Məhdud Məsuliyyətli Cəmiyyəti təhvil verəcək. Bunun müqabilində şirkətə 567 000 manat ödəniləcək.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar