Ürəyi zəif olanların videoya baxması məsləhət görülmür
Əl-Cəzirə telekanalı İŞİD terro qruplaşmasının yeni təbliğat videosunu yayıb.
ANS PRESS-in məlumatına görə, videoda İŞİD-in sərhədlərini genişləndirmək səylərindən iqtisadiyyatına kimi bütün sahələr işıqlandırılıb.
55 dəqiqəlik videoda HD keyfiyyətdə ən son döyüş səhnələri, döyüşlərdə qruplaşmanın işlətdiyi hərbi texnika, strateji irəliləyişləri əks olunub.
Filmin sonunda terroçuların Suriya əsgərlərini pusquya saldığı görüntülənib. Bu hücum zamanı 70 Suriya ordusu əsgəri həyatını ititrir.
2006-cı ildə yaranan terror qruplaşması 2014-cü ildə İraq və Suriya ordusunun zəifləməsindən istifadə edərək hər iki ölkədə bir çox şəhər və yaşayış məskənlərini nəzarəti altına keçirib. Ələ keçirdiyi torpaqlarda özünəməxsus şəriət qanunlarını üstün tutaraq təşkilat üzvləri daxildə də həyata keçirdikləri edamlarla məşhurdur. Belə edamlardan sonuncusu futbola baxdıqlarına görə 13 uşağın öldürülməsi oldu.
Qeyd edək ki, son günlərdə İŞİD-in uğursuzluqlara məruz qalması və topaqları itirməsi təbliğata daha şox diqqət cəlb edib. Yüksək keyfiyyətli çəkiliş və montajla müşahidə olunan təbliğat videoları yayan təşkilat hazırda özünə aid TV və radio yayımını həyata keçirmək niyyətindədir.[media=https://www.youtube.com/watch?v=2dn48Y_Mn8M]