Ər otaqlardan birində arvadının 22 yaşlı keçmiş şagirdini yarıçılpaq vəziyyətdə aşkarlayıb
Türkiyə Aydın vilayətinin Nazilli rayonunda qəribə bir xəyanət hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, arvadının qapını gec açmasından və saçlarının islaq olmasından şübhələnən 37 yaşlı E.Ö. otaqlardan birində, pərdənin arxasında onun 22 yaşlı keçmiş şagirdi R.Ş.ni yarıçılpaq vəziyyətdə aşkarlayıb. Dərhal arvadı M.Ö.nü eyni otağa salaraq cütlüyün şəkilini çəkən E.Ö. qapını qıfıllayıb və şahid olacaq bir tanışı ilə vəkilini evə dəvət edib.
Daha sonra hadisə barədə polisə məlumat verilib və M.Ö. ilə R.Ş. ifadələri alınmaq üçün polis bölməsinə aparılıblar. M.Ö. ifadəsində 6 il əvvəl işlədiyi orta məktəbdən şagirdi olan R.Ş. ilə münasibəti olduğunu boynuna alıb və ərinin evindən ayrılacağını deyib.
R.Ş. də 5 ildir müəlliməsi ilə vaxtaşırı münasibətləri olduğunu deyib. E.Ö. isə 14 illik həyat yoldaşı, 1 övladının anası olan M.Ö. və onun keçmiş şagirdi R.Ş.dən şikayətçi olub.
Məhkəməyə müraciət edən E.Ö.nün şikayəti təmin olunub və hakim ilk prosesdə tərəfləri boşayıb. Tərəflərin 13 yaşlı övladım qəyyumluğu isə ataya verilib.