Təl-Əvivdə fələstinli avtobusda 11 nəfəri bıçaqlayıb. Onların çoxu ağır yaralı halda xəstəxanaya yerləşdirilib.
ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, İsrail polisi bildirib ki, şübhəli şəxs əvvəlcə sürücünü, sonra isə sərnişinləri bıçaqlayıb. O, avtobusdan enərək qaçıb, lakin yaxınlıqda olan zabitlər tərəfindən saxlanılıb. Zabitlər 23 yaşlı şübhəlini ayağından güllələyiblər. Hadisəni törədənin İordan çayının qərb sahilindən olduğu müəyyənləşib.
Son aylar İsrailin davranışlarına qarşı fələstinlilər tərəfindən Qüds və Təl-Əvivdə bir sıra hadisələr qeydə alınıb.
Hazırda İsrail ilə Fələstin arasında gərginlik davam edir.