Ermənistan Müdafiə Nazirliyi orduya yararsız vətəndaşlarını hərbi xidmətə çağırır
ANS PRESS-in məlumatına görə, bu haqda Helsinki Vətəndaş Assambleyasının
Vanadzor ofisinin bəyanatında bildirilir.
Təşkilatın rəsmi saytında deyilir ki, 2014-2015-ci il qış çağırışı dövründə təşkilata müraciət etmiş şəxslərin tibbi sənədlərindən aydın olur ki, həmin şəxslər orduya yararsızdır.
Lakin Ermənistan Müdafiə Nazirliyi onları hərbi xidmətə cəlb edib. Təşkilatın bəyanatında bildirilir ki, əsəb xəstliyi, skleroz, görmə qabliyyəti zəif olanlar, bənəni yara tökən şəxslər orduya aparılır.
Təşkilat bildirir ki, Ermənistan Müdafiə Nazirliyi artıq bir neçə ildir ki, belə bir addım atır və bu qərarından imtina etmək niyyətində deyil. Nazirlik orduda xəstə əsgərlərə bel bağlayır.
Mənbə
ANS PRESS