“AAAF İnşaat” MMC-nin Xırdalanda torpaq əməliyyatı

23-01-2015, 03:19   
“AAAF İnşaat” MMC-nin Xırdalanda torpaq əməliyyatı

Xırdalan Bələdiyyə sədri və icra nümayəndəsi şirkət üçün dəllalığını edir

"AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərov Xırdalan sakinlərinin torpaqlarını ucuz almağın yolunu tapıb. Abşeron rayon Xırdalan şəhərində fəaliyyət göstərən "AAAF İnşşaat” MMC ilə bağlı məlumatda bildirilir ki, "AAAF İnşaat” MMC şirkəti Xırdalan şəhərində inşa etdiyi "AAAF park istirahət və yaşayış” kompleksini genişləndirmək üçün Xırdalan şəhər bələdiyyəsi və icra nümayəndəsi ilə sövdələşməyə gedib. Bu sövdələşməninin nəticəstində isə Xırdalan sakinlərinin hüquqları tapdalanır.
Belə ki, Tofiq Heydərov "AAAF park istirahət və yaşayışkompleksi”nin ərazisini genişləndirmək və yeni binalar inşa etmək məqsədi ilə «Quşçuluq» deyilən ərazidəki sakinləri köçürmək üçün Xırdalan bələdiyyə sədri və icra nümayəndəsi ilə anlaşma əldə edib və hazırda sakinlər həmin ərazidən zorla köçürülməyə çalışırlar. Ərazidə yaşayan sakinlər şikayətlərində iddia edirlər ki, «Quşçuluq» massivi deyilən yerdə vətəndaşlar tərəfindən tikilən evlərin heç birisinin dövlət tərəfindən qeydiyyat sənədi yoxdur. Məhz "AAAF İnşaat” MMC-nin rəhbəri evlərin sənədsiz olmasından istifadə edərək Xırdalan bələdiyyəsi və icra nümayəndəsinin əli ilə sakinlərə müxtəlif təzyiqlər edir. Məqsəd isə sakinlərə ödəniləcək kompensasiyaları minimum həddə endirməkdir.
Belə ki, sənədi olmayan evlərin sahiblərinə torpaqlarını satmaq təklifini "AAAF İnşşaat” MMC-nin işçioəri deyil, bələdiyyə və icra nümayəndəsinin adamları təklif edirlər. Sakinlər qeyd edirlər ki, Xırdalan icra nümayəndəsi və bələdiyyə yetkililləri onları qorxudur və təhdid edirlər. Onlar evlərin sənədsiz olmasını önə sürərək sakinləri elə-belə də evlərindən çıxara biləcəklərinir bildirirlər. Sakinlərə bildirilir ki, heç bir məhkəmə və dövlət orqanı onların şikayətini dinləməyəcək. Çünki ortada evin və torpağın sakinlərə məxsus olması barədə heç bir sənəd yoxdur. Hətta sakinlər sənədsiz ev tikdiklərinə görə elə günü bu gün evlərini uçurmaqla da təhdid olunurlar.
İşin ən ilginc tərəfi isə odur ki, «Quşçuluq» massivi deyilən ərazidə bütün sənədsiz torpaqları sakinlərə məhz Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov satıb. Tikinti icazəsini isə icra nümayndəsi "təşkil” edib. Buna görə isə həm icra nümayəndəsi, həm də bələdiyyə sədri sakinlərdən "ödəniş” alıb. Qəribədir ki, sakinlərin iddalarına görə uzun illərdir ki, işıq pulu, qaz pulu, su pulu ödəmələrinə baxmayaraq, bələdiyyə sədri satdığı hektarlarla torpaq sahəsini sənədləşdirməyib və sakinlərdən aldığı pulu isə vəzifə səlahiyyətlərindən istifadə edərək mənimsəyib.
Bələdiyyə sədri Eldar Əhmədov vaxtı ilə ərazidəki topaqların 1 sotunu 3 - 8 min manat arası qiymətə satıb. İndi isə bu qiymətlər iki dəfə qalxıb. «Quşçuluq» massivi sakinlərinin redaksiymıza ünvanladığı şikayət məktubunda bildirilir ki, "AAAF İnşaat” MMC-nin almaq istədiyi ərazilərdəki ev sahibləri ilə bütün danışıqları məhz bələdiyyə sədri seçilən Eldar Əhmədovun adamları həyata keçirirlər. Onlar sakinlərə bildirirlər ki, bizsiz şirkətlə hər hansı bir danışıq aparsanız tikdiyinzi ev qeyri qanuni hesab olunacaq və eviniz sadəcə söküləcək.
Qeyd olunur ki, bələdiyyə sədrinin adamları ərazidəki evlərin 1 kvadrat metrinə 400-600 manat arası qiymət deyirlər. Bu isə sakinlərin elə həmin "AAAF park istirahət və yaşayış” sahəsində ev almaları üçün yetərli deyil. Şikayətçilər iddia edirlər ki, Eldar Əhmədov və Xırdalan icra nümayəndəsi ərazidəki evlərin 1 kvadratmetri üçün Tofiq Heydərovla 1000 manata anlaşıblar. Elə ona görə də bir zamanlar özləri satdıqları torpaqları inditəhdid və şantaj yolu ilə sakinlərdən geri almağa çalışırlar.
Qeyd edək ki, "AAAF İnşaat” MMC-nin adı son zamanlar müxtəlif qalmaqallarda hallanır. Bir neçə ay əvvəl vəhabilərlə əlaqəli olduğu şübhəli bilinən «Sevil» Masssivinin rəhbərliyi həbs olunduqdan sonra, Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları "AAAF İnşaat” MMC-də yoxlamalar apardığı və hətta "AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun həbs olunması haqqında məlumat yerli mətbuatda dərc olunmuşdu. Bundan sonra Tofiq Heydərov haqqında olan həbs olunma iddasını yalanlasa da, onun radikal dini şəbəkələrlə əlaqəli olması haqqında mətbuatda ciddi iddialar səsləndirimişdi. İddalarda göstərilirdi ki, "AAAF park istirahət və yaşayışkompleksi”nin ərazisində radikal dini təriqətlərin təbliğat mərkəzləri fəaliyyət gösəirir. (pia.az)
Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.