Azərbaycanda 37 yaşlı qadın intihara cəhd edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Şəkinin Çələbixan qəsəbəsində olub. Quliyeva Vəsilə Ulis qızı gəmiriciləri məhv etmək üçün istifadə edilən dərmandan içib.
Ona Şəki rayon xəstəxanasında ilkin tibbi yardım göstərilsə də, vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Məlumata görə, Quliyeva Vəsilə Laçında anadan olub. Sonradan Şəkidə məskunlaşıb.
İntihara cəhdin səbəbləri haqqında hələlik heç bir məlumat yoxdur.
Hadisə Şəki rayon prokurorluğunda araşdırılır.
Mənbə
ANS PRESS Xatirə Əkbərova