“Aslanov oğlunun qisasını belə aldı”

23-01-2015, 20:57   
“Aslanov oğlunun qisasını belə aldı”

Həbsdə uşaq doğan Lamiyə Quliyeva qalmaqalı böyüməkdədir.

Axar.az xəbər verir ki, Şəmkirin sabiq başçısı Aslan Aslanovun oğlunu öldürən L.Quliyeva ilə bağlı müxtəlif xəbərlər, rəylər yayılır. “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Feysbuk səhifəsində maraqlı faktlar açıqlayıb:

“Aslan Aslanov səlahiyyət və qohumluq əlaqələrindən istifadə edərək, istintaqın və məhkəmənin onun qisasçılıq ambisiyalarına uyğun qərarlar verməsinə nail oldu. Qərb bölgəsində de-fakto qubernatorluq edən Aslanov keçmiş müdafiə naziri Səfər Əbiyevlə kirvə, eyni zamanda, “Azərneftyağ” birliyinin mərhum direktoru Ramiz Mirzəyevin qayını idi”.

Ə.Oruclu yazıb ki, Aslanovun qisasçılığı bununla bitmədi:

“Vüqar Əliyevin ailəsinin Şəmkirdəki evi buldozerlərin qabağına verilərək dağıdıldı. Şəmkir sakinlərinə oğlu Ruslanın sürdüyü qara rəngdə VAZ-2107 markalı maşın faktiki qadağan edildi. Ruslanın qətlinin ildönümü günü oğluna toy edən rayon sakini şərlənərək həbsə atıldı.

İndi isə məlum olur ki, dünyaya uşaq gətirən Lamiyə Quliyevanın 2013-cü ildə cəza müddəti bitməli olsa da, cəzası 5 il 6 ay artırılıb. Sizi əmin edirəm ki, bu yazdıqlarım Aslan Aslanovun hikkəli özbaşınalıq və cinayətlərinin çox cüzi bir hissəsidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.