[media=https://www.youtube.com/watch?v=m6RizRv5I04]
Dünya müharibəyə hazırlaşır
Rusiya zorakılığına qarşı görülə biləcək bütün dinc tədbirlər tükənib
2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra dünya optimist və pissimistlərə bölünüb.
ANS PRESS-in məlumatına görə, dünyanın bir çox analitikləri müharibəni qaçılmaz sayırlar.
Hətta bəziləri hazırki dövrü müharibə öncəsi dövr kimi qiymətləndirir. Bu dövr nə Rusiya, nə də Ukraynaya aiddir. Çünki onlar artıq müharibədədirlər. Müharibə öncəsi dövrü indi qalan dünya ölkələri yaşayır.
Əlbəttə bu müharibənin də qarşısının alınması mümkündür. Bu ehtiml həmişə olub. Lakin dünya ölkələri və Rusiyanın davranışları heç də güzəştdən xəbər vermir.
Şərhçilər bundan sonrakı tətbiq olunan bütün tədbirləri və Rusiyanın dirənişini müharibəyə doğru atılmış addım kimi qiymətləndirirlər.