Zon’da zorlandığı deyilən Lamiyənin ürək ağrıdan həyat hekayəsi – SENSASİON MƏLUMATLAR

24-01-2015, 12:34   
Zon’da zorlandığı deyilən Lamiyənin ürək ağrıdan həyat hekayəsi – SENSASİON MƏLUMATLAR

2003-cü ildə bütün ölkə mətbuatının gündəmini alan bir qətl xəbəri ilə adı hər kəsə bəlli olan bir gənc qız yenidən başına gələnlərlə diqqət mərkəzindədir. Söhbət hazırda 4 saylı cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşayan Lamiyə Quliyevadan gedir. Bu gənc insan həyatının, ömrünün çox erkən çağında faciələrin içinə düşüb, taleyi qaralıb. O, nişanlanıb xoşbəxt olmağa ümidliykən ətrafında baş verənlər onun həyatını qaraldıb.

Yenilik.Az xəbər verir ki, Azxeber.com Lamiyənin həyat hekayəsinin ürək ağrıdan taleyi haqqında topladığı məlumatları oxucuları ilə bölüşür.

Aslan Aslanovun oğlu Ruslanın ölümünün Lamiyə ilə əlaqəsi…

Şəmkir rayonunda yaşayan gənc Lamiyə həyatının erkən yaşlarında 17 yaşındaykən xalası oğlu Vuqar ilə nişanlanır. Nişan mərasimindən sonra ailələr toya hazırlıq işlərinə başlayır. Toylarına hazırlaşan cütlük cinayət olayı ilə üz-üzə qalır. Belə ki, həmin dönəmdə Şəmkir rayon icra başçısı vəzifəsini icra edən Aslan Aslanovun yeganə oğlu Ruslan rayonda xüsusi amansızlıqla qətlə yetirilir. Rayonun ərazisində avtomovildə öldürülmüş vəziyyətdə tapılan Ruslanın qətli hadisəsi ilə bağlı Şəmkir rayonunun hüquq-mühafizə orqanlarında cinayət işi açılır və istintaq aparılır. Bu cinayət işi ilə bağlı Lamiyə və nişanlısı Vüqar Ruslanın qətlində təqsirləndirilən şəxslər qismində 2003-cü ildə həbs olunurlar. Qətl baş verdiyi zamanda həbs olunan tək Lamiyə və nişanlısı Vüqar olmur. Hər iki gəncin ailə üzvləri qətl cinayəti ilə bağlı həbs olunurlar. Lamiyənin və Vüqarın valideynləri həbs olunurlar. Amma bir müddət sonra valideynlər azadlığa buraxılırlar. Ruslan Aslanovun qətli ilə bağlı cinayət işinin istintaqında həbsdə Lamiyə və nişanlısı Vüqar qalır. Uzun müddət davam edən bu cinayət işinin istintaqı, eləcə də, qətl olayı həmin illərdə ölkə mətbuatında haqqında çox yazılan olaylardan olmuşdu. İstintaq prosesinin davamı olaraq isə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə V.Əliyev ömürlük, L.Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Diqqətli oxucuların nəzərinə çatdırırıq ki, istintaqın getdiyi dövrlərdə hadisə ilə bağlı yayılan məlumatlarda deyilirdi ki, qətlin baş verməsinə səbəb ölümündən əvvəl Ruslanın kafedə Vüqara nişanlısı Lamiyə haqqında nalayiq sözlər deməsi olub. Bundan sonra isə qətl hadisəsi baş verib – Ruslan xüsusi amansızlıqla öldürülürüb. Hadisədən az bir müddət sonra isə Vüqarın ailəsinə qarşı amansızlıqlar edilib. Vüqarın ailəsinin yaşadığı ev buldozerin qabağına verilərək dağııdılıb.

Lamiyə niyə azadlığa çıxa bilmədi?

Qayıdaq Lamiyə ilə bağlı məlumatlara. Həbsxana həyatı yaşayan Lamiyənin 2003-cü ildə cəza müddəti bitsə də, o saxlanıldığı qapalı müəssisədə daha bir sürprizlə qarşılaşır. Belə ki, ona qarşı elə həbsxana həyatı yaşaya-yaşaya yeni bir cinayət işi açılır. Səbəb kimi isə Lamiyənin saxlanıldığı 4 saylı qadın cəzaçəkmə müəssisəsinin qadın nəzarətçisi ilə arasında dava düşdüyü deyilir. Məlumatlarda bildirilir ki, Lamiyə saxlanıldığı 4 saylı qadın cəzaçəkmə müəssisəsinin qadın nəzarətçisinə qarşı fiziki zor tətbiq edib. Beləliklə, Lamiyə Quliyeva azadlığa çıxmağa hazırlaşarkən 2 il əvvəl onun barəsində Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasınına normal fəaliyyətini pozma) məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılır. Bununla da, o azadlığa çıxa bilmir.

Lamiyənin eks-nişanlısı Vüqar isə həbsxanada başqa qadınla ailə qurub. V.Əliyev hazırda Qobustan qapalı cəzaçəkmə müəssisəində məhkum həyatı yaşayır.

Məlumat üçün bildiririk ki, Lamiyənin həbsxanada dünyaya gətirdiyi uşaq oğlan uşağıdır. Uşağa Nazim adı qoyulub.

Yenilik.Az:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.