Azərbaycanlı polis əməkdaşını qətlə yetirib

24-01-2015, 12:41   
Azərbaycanlı polis əməkdaşını qətlə yetirib
29 yaşlı soydaşımız polisə özü təslim olub
Rusiyanın Nijniy Novqorod şəhərində təcrübədə olan polis əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı azərbaycanlı yanvarın 23-də saxlanılıb.

Yenilik.Az Report-a istinadən xəbər verir ki, hadisə 13 yanvar tarixində Engels küçəsində baş verib.

İstintaqın fərziyyəsinə görə, avtomobil dayanacağında münaqişə baş verib. Həmyerlimizin öz maşını ilə az qala polis əməkdaşlarını vuracaqmış və bu, qarşı tərəfin xoşuna gəlməyib. Tərəflər arasında yaranan mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Qanlı münaqişədən sonra soydaşımız hadisə yerindən uzaqlaşıb. Hüquq-mühafizə orqanları bir neçə gün hadisədə müqəssir bilinən şəxsi axtarıb. Lakin ehtimal edilən qatil özü polisə gəlib. Onun etirafına görə, vicdanı gizlənməsinə icazə verməyib və o, polisə təslim olmaq qərarına gəlib.

Məhkəmə ilkin istintaq üçün şübhəli şəxs barədə həbs qəti imkan tədbiri seçib.

Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.